Ramil Quliyev Dünya Çempionatının finalına çıxdı – VİDEO

ramilRəqiblərdən biri Useyn Bolt olacaq.

Türkiyənin bayrağı altında çıxış edən azərbaycanlı yüngül atlet Ramil Quliyev bu gün Pekində keçirilən Dünya Çempionatında çıxış edəcək.

Oxu.Az xəbər verir ki, o, 200 metr məsafə üzrə 20,10 saniyə göstəricisi ilə finala çıxıb.

Ramil öz qaçışında 3-cü yeri tutub. 1-ci yerin sahibi Yamaykadan olan dünyada ən sürətli insan Useyn Boltdur.

Final qaçışı Bakı vaxtı ilə 17:55-də başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR