Seyidlik ana tərəfdən də ötürülürmü?

360775Seyidlik ana tərəfdən də ötürülürmü? Atası yox, anası seyid olan adama da seyid hökmü şamil olurmu?

Seyid ərəb dilindən tərcümədə “ağa, böyük” mənasını verir. Ərəblərdə bu söz adi müraciət forması kimi də işlədilir.
Qafqaznews” islam.az-a istinadən bildirir ki, dini anlamda İslam Peyğəmbərinin ulu babasl Haşimin nəslindən olanlara seyid deyirlər. Amma xalq içində yayılmış mənada seyid – Həzrət Mühəmməd Peyğəmbərin (s) qızı Fatimənin (ə) nəslindən olan şəxsləri ifadə edir. Seyidlik ata xətti ilə ötürülür. Kişinin atası seyiddirsə, övladları da seyid sayılır. Bir qadının atası seyiddirsə, özü də seyid sayılır. Amma o qadının əri seyid deyilsə, övladları seyid sayılmaz. Şəriətdə nəzərdə tutulan bəzi hökmlər (məsələn, xümsdəki seyid malı, fitrə zəkatının şərtləri) yalnız atası seyid olan şəxslərə şamil olar. Seyidlik vergi, yuxu kimi yollarla verilməz, bunu söyləyən adam yalançıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR