Sumqayıtda yaşayan məcburi köçkünlər köçürüləcək

img1878992Sumqayıtda Azərbaycan Dəmir Yolları QSC-ə məxsus binada yaşayan məcburi köçkünlər köçürüləcək. Bunu Trend-ə açıqlamasında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq sakinlərlə razılıq əldə olunub. Bu həftə ərzində məcburi köçkünlərin köçürüləcəyini deyən qurum rəsmisi onların yaşadıqları binadan köçükürülməsinin səbəbini açıqlayıb: “Söhbət Sumqayıtdakı Rabitə Siqnalizasiya idarəsinin binasında yaşayan məcburi köçkünlərdən gedir. İllərdir onlar həmin binada məskunlaşıblar. Sumqayıt-Bakı dəmir yolunda təmir işləri aparılır. Ona görə, qatarların təhlükəsizliyini həyata keçirən Rabitə Siqnalizasiya xidmətinin binası da buna uyğun olaraq yenidən qurulmalıdır. Biz məcburi köçkünləri oradan köçürəndən sonra, bina söküləcək və onun yerində yeni, müasir tələblərə cavab verən bina işa ediləcək”.
Qeyd edək ki, bir müddətdir ki, Bakı-Sumqayıt dəmir yolunda yenidənqurma işləri aparılır. Təmir işləri çərçivəsində metronun “28 May” stansiyası ilə platformaları birləşdirəcək yeni tunel çəkilir. 3 platformada işlər başa çatdırılıb, 4- cü platformada isə təmir davam edir. Turniketlərin quraşdırılacağı ərazi isə tam hazırdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR