Türkiyəli sürücü Bakıda velosipedçini vurub öldürdü

shutterstock_53338096-752x501DİN məlumat yayıb.

Bakıda Türkiyə vətəndaşı ölümlə nəticələnən yol qəzası törədib.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də saat 10 radələrində Sabunçu rayonunda Türkiyə vətəndaşı  Ahmet Yığıt idarə etdiyi “Nissan” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Mixail Erkini vurub. M. Erkin xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən  araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR