“Vəzifədən uzaqlaşdırılacağımı düşünürdüm”- Mingəçevir polis rəisi

1440339615“Daxili işlər naziri cənab Ramil Usubova təşəkkür edirəm ki, mənə etimad göstərdi. Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən şiddətli töhmət də az cəzadır”.

Qafqaznews” xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.

Ə.Bədəlov bildirib ki, Bəhruz Hacıyevin nəşi morqa aparılarkən onun yaxınları prokurorluğun müstəntiqini döyərək xəsarət yetiriblər. Daha sonra polis şöbəsinin qarşısına gələn B.Hacıyevin qohumları daha bir polis əməkdaşına xəsarət yetiriblər. B.Hacıyevin ölümü və qeyd edilən iki hadisə ilə bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, Mingəçevir sakini Bəhruz Hacıyev avqustun 20-də şəhər polisinə gətirilib. Onun narkotik istifadəçi olması barədə şübhələr olub. Şöbəyə gətirilən B.Hacıyev 10 dəqiqə sonra müəmmalı şəkildə ölüb. Bundan sonra B.Hacıyevin qohumları ilə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı saxlanılanlar və yaralananlar olub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR