Adı pul qalmaqalında hallanan polis rəisi danışdı

tyhyjuykykObyektində işlətdiyi şəxslərin pulunu verməməkdə suçlanan Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyev bu ittihamlara cavab verib

Polis rəisi virtualaz.org saytına açıqlamasında barəsində səsləndirilən fikirlərə aydınlıq gətirib və onları “şantaj, böhtan xarakterli məlumat” adlandırıb:
“Bunun mənə heç bir aidiyyəti yoxdur. Başa düşmürəm ki, bu məlumat haradan götürülüb? Niyə mənim adım hallandırılıb? Məqalədə yazılanların heç biri həqiqətə uyğun deyil. Belə bir tikintinin də nə mənə, nə də ailə üzvlərimə, qohumlarıma aidiyyəti yoxdur”.
Məqalədə adıçəkilən Əhmədovlar ailəsini ümumiyyətlə tanımadığını deyən Tahir Quliyev bildirdi ki, o ailə ilə şəxsi tanışlığı da olmayıb: “Mən neçə il Ucar rayonunda polis rəisi işləmişəm, rayon camaatı məni yaxşı tanıyır. Onlar da təsdiqləyə bilər ki, bu yazılanlar şər-böhtandan başqa bir şey deyil”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR