Bəhram Bağırzadə yeni restoran açır

42897Restoranın adı isə çox qəribədir
Tanınmış aktyor Bəhram Bağırzadə yeni restoran açmaq fikrindədir. Bu barədə aktyor show.az saytına məlumat verib. Bildirib ki, restoranına artıq ad da fikirləşib: “Adının “Pomidor-yumurta” olmasını istəyirəm. Onun dizaynı, menyusu, rəngləri belə beynimdədir. Restoran xudmani, bakısayağı olacaq. Məncə adı da pis deyil. Hər şənbə-bazar mən səhər tezdən pomidor-yumurta bişirib, onu öz əllərimlə kiçik tavalarda müştərilərimə təqdim edəcəm və onlarla birgə qəhvəaltı edəcəyəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR