Bu şəxslərin barmaq izləri məcburi götürüləcək

parmakAzərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir

Qafqaznews.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.
Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR