Deputat Rüfət Quliyev : “ Avropa qurumları Azərbaycanın qərarını düzgün qiymətləndirdi”

d0891e38-3e76-443f-8916-f1c897b8b7a128 sentyabrda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yektilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.
Toplantıdan çıxan Səməd Seyidov bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirib. ( APA )
Məlumdur ki, 10 sentyabrda Avropa Parlamentinin plenar iclasında Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hakimlərinə, bu ölkənin rəsmi şəxslərinə və siyasətçilərinə qarşı sanksiyalar tətbiq etmək, habelə onlara viza qadağası qoymaq tələbi ifadə olunur. AP qətnamədə Azərbaycan hökumətinə tövsiyyə edib ki, ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı qərara yenidən baxsın və qurumla əməkdaşlığa qayıtsın. AP-nin qətnaməsində vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri və jurnalistlər: Xədicə İsmayılova, Arif və Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədov və bütün digər siyasi məhbusları qeyd-şərtsiz azad etmək, habelə onlara qarşı bütün ittihamları ləğv etmək çağırışı yer alıb.
Qətnamə 365 səs “lehinə”, 202 səs “əleyhinə” və 72 nəfər bitərəf olmaqla qəbul edilib. Qətnamənin təşəbbüskarı Liberal Demokratlar Qrupu (ALDE) olub, sonradan daha beş parlament qrupu sənədi dəstəkləyib.
Səməd Seyidovun yektilliklə komitənin sədr müavini vəzifəsinə seçilməsi Avropa qurumlarının Azərbaycana münasibətinin dəyişməsidirmi..?
Məsələ ilə bağlı Milli Məclisin üzvü Rüfət Quliyev qafqaznews.org-a bildirdi ki, biz Avropaya inteqrasiyadan imtina etmirdik: “ Biz sübut edirdik ki, biz müstəqil dövlətik və Avropanın bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik. Məncə, bizim atdığımız addım Avropa qurumları tərəfindən düzgün başa düşüldü. Biz bundan sonra da öz mövqeyimizi qoruyacağıq. Amma bu da Avropaya inteqrasiyadan imtina etmək deyil”.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR