Güclü zəlzələ Bakının çoxmərtəbəli binalarında da hiss olunub

108399_res_01Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni his edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”.

T. Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: “Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zələlə olmamışdı”.

*   *   *10:30

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

Qeyd edək ki, Azərbaycanda təkanlar baş verən saatlarda Gürcüstan ərazisində də zəlzələ qeydə alınıb. Hələlik zəlzələnin episentri məlum deyil.

*   *   *10:05

Yevlaxda zəlzələ olub.

Bunu Trend-ə Yevlax sakinləri məlumat veriblər. Verilən məlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.

“Report”un xəbərinə görə isə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında da təkanlar qeydə alınıb.

Təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR