Həkimi qandallatmağa nail olan vəkil danışdı

img1889756Səməd Vəkilov: “Söhbət cəmiyyətdə sosial ədalətin təmin olunmasından gedir”

Bakı Slavyan Universitetinin mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işində hökmdən verilən apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. Avqustun 31-də keçirilən son məhkəmə iclasında təqsirləndirilən şəxs qismində iştirak edən həkim Firuz İbrahimov barəsində 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. Həkim məhkəmə zalındaca həbs edilib.

Məhkəmədən bir gün öncə E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev sosial şəbəkələrdə həyəcan dolu xəbər yaymışdı. O bildirmişdi ki, F.İbrahimov hər vasitə ilə məhkəmədən yayınıb, cinayət işi üzrə irəli sürülmüş ittiham maddələrinin cəza müddətinin bitməsinə nail olmaq istəyir. Xəbərin ardınca məlum olmuşdu ki, həkim xəstəlik adı ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşib. Qanunvericiliyə əsasən, bu ayın 20-də ölüm hadisəsinin iki ili tamam olacaqdı. Məhkəmə presedentinə əsasən, əgər müttəhimin ittiham olunduğu maddə 2 ilə qədər həbsi nəzərdə tutursa, onda cinayət hadisəsinin iki ili tamam olduqda, təqsirləndirilən şəxs CM-in həmin maddəsi üzrə nəzərdə tutulan cəzadan azad edilir. F.İbrahimovun ittiham olunduğu maddələrdən biri – 320.1 (sənəd saxtalaşdırması) 2 ilə qədər həbs nəzərdə tuturdu və təqsirləndirilən şəxs də bu maddə üzrə cəzadan yayınmaq üçün sentyabrın 20-dək məhkəmədən müxtəlif vasitələrlə yayınmaq istəyirdi.
Qeyd edək ki, proses Apelyasiya Məhkəməsində aparılırdı. Nəsimi Rayon Məhkəməsi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, həkimə iki il həbs cəzası seçmişdi. Bundan narazı qalan zərərçəkən Anar Niftəliyev isə apelyasiya şikayəti vermişdi.
İttiham tərəfinin vəkilllərindən biri Səməd Vəkilov “Yeni Müsavat”a açıqlamasında çıxarılmış məhkəmə hökmündən razı qaldıqlarını bildirib:
“Məhkəmə hökmü kifayət qədər ədalətlidir. Məhkəmə zamanı təqsirləndirilən şəxs avqustun 28-də keçirilən prosesə xəstəxanada olması ilə bağlı arayış təqdim etmişdi. Biz təbii ki, buna inanmadıq və Anar Niftəliyevlə birlikdə 1 saylı Şəhər Klinik Xəstəxanasına getdik. Bizə bildirdilər ki, Firuz İbrahimov avqustun 27-də mədə xorası qanaxması ilə ağır vəziyyətdə xəstəxanaya müraciət edib və reanimasiyaya yerləşdirilib. Biz onun məhkəmədən yayınmaq üçün plan qurduğunu yaxşı bilirdik. Anar Niftəliyev növbəti gün onun yaşadığı binaya getdi və öz evində olduğunu müəyyənləşdirdi. O, evindən çıxıb avtomobilinə oturanda isə onun ardınca düşüb, “reanimasiyada yatdığı” qeyd olunan şəxsin sükan arxasında şəhərdə gəzdiyini videoya aldı. Bildiyiniz kimi, işıqforda Anar Niftəliyev onun sürdüyü maşının qarşısına keçib, hər şeyi telefonun yaddaşına aldı, ifşa olunduğunu görən F.İbrahimov isə jurnalisti maşınla vuraraq, hadisə yerindən qaçdı. Bu hadisənin videosu bütün mediada və sosial şəbəkələrdə elə həmin gün – 30 avqustda yayıldı. Bundan sonra 1 saylı Şəhər Klinik Xəstəxanası “daxili rejimi pozduğuna görə” onu xəstəxanadan xaric etdi. O, məcburiyyət qarşısında qalıb, məhkəməyə gəlməli oldu. Ona qarşı CM-nin 124.1 və 320.1-ci maddələri irəli ittiham irəli sürülmüşdü –  ehtiyatsızlıqdan insan ölümünə səbəb olma və ölüm səbəbini ört-basdır etmək üçün sənədlərin saxtalaşdırılması. Sənədlərin saxtalaşdırılması qəsdən törədilmiş cinayət idi. İki il cəza nəzərdə tutulurdu. Sentyabrın 20-də iki il müddət başa çatırdı və həkim 320.1-ci maddənin cəza hissəsindən azad oluna bilərdi. Bu səbəbdən də məsuliyyətdən yayınmaq üçün həkim müxtəlif variantlara əl atıb, hökmün çıxarılmasını sentyabrın 20-nə qədər təxirə saldırmaq istəyirdi. Amma Anar müəllimin şəxsən məsələyə bu tərzdə müdaxilə etməsi təqsirləndirilən şəxsin işini pozdu.

İttiham tərəfinin vəkilllərindən biri Səməd Vəkilov Yeni Müsavat-a açıqlamasında çıxarılmış məhkəmə hökmündən razı qaldıqlarını bildirib:

Əlbəttə ki, ədalətli qərar saymaq olar. Burada söhbət təkcə Firuz İbrahimovun cəzalandırılmasından getmir. Bu qərar həmm də son illərdə kütləvi şəkildə artan həkim səhlənkarlığı nəticəsində baş verən cinayətlərin qarşısını almaq baxımından əhəmiyyətlidir. Artıq həkimlər cinayət məsuliyyətindən yaxa qurtarmağım mümkün olmadığını dərk etməlidirlər. Söhbət cəmiyyətdə sosial ədalətin təmin olunmasından gedir”.

Vəkil həkim səhlənkarlığına qarşı cəmiyyətin etiraz etməsinin vacibliyini də vurğuladı:

“Həkim səhlənkarlığına qarşı cəmiyyət etiraz etməlidir. Bu mənada hökmü yüksək qiymətləndirirəm. 2 il yarım cəza veriblər. Bunu az cəza kimi baxa bilmərik. Çünki hazırda qanunvericilikdə həkim məsuliyyətsizliyi ilə bağlı nəzərdə tutulan cəza müttəhimin 3 ildən artıq cəza almasına imkan vermir. Bu işdə isə həm də 320.1-ci maddə ilə ittiham olduğundan, 5 ilə qədər həbs cəzası nəzərdə tutulurdu ki, hakim də qarşı tərəfin ilk məhkumluq və s. nəzərə alıb, belə bir qərar çıxartdı. O, məhkəmə zalında qoluna qandal taxılaraq həbs edildi. Narazı qalmış olsaydıq, kassasiya şikayəti verəcəkdik. Bizim belə bir niyyətimiz yoxdur. Ona görə ki, hökm bizi qane edir. Məhkəmə hökmünün ləğv olunmasına bir lüzum yoxdur”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Cinayət işinin materiallarına əsasən, E.Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR