Misirli milyarder mühacirlər üçün ada almaq istəyir

Naguib-Sawiris“Mən onun müstəqilliyini elan edəcəm”.

Misirli milyarder Nahiq Saviris bəyan edib ki, Yunanıstan və ya İtaliyadan ada alıb, orada Avropa İttifaqına can atan mühacirləri yerləşdirmək üçün şərait yarada bilər.

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Qoy Yunanıstan və ya İtaliya mənə ada satsın, mən onun müstəqilliyini elan edib, mühacirləri qəbul edib onlara yeni dövlət yaratmaq üçün iş verərəm”, – misirli milyarder “Twitter”də yazıb.

Saviris Aralıq dənizindəki ada üçün 10 milyondan 100 milyon dollara qədər pul verməyə hazırdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR