“Monex” təcili pul köçürmə sistemi xidmət şəbəkəsini genişləndirir

MONEX LOGO New AZ“Monex” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, artıq “Yapı Kredi Bank Azərbaycan” QSC-nin və “Azərpoçt” MMC-nin bütün şöbələrində “Monex” təcili pul köçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür. Bu barədə “Monex” təcili pul köçürmə sisteminin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən məlumat verilmişdir.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “Monex” təcili pul köçürmə sistemi ölkədə fəaliyyət göstərən 32 bankın 800-dən artıq filial və şöbələrində,  o cümlədən Azərpoçt şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində, habelə xaricə, təxminən 30.000 məntəqəni əhatə edən aşağıdakı istiqamətlərdə pul köçürmələri həyata keçirə bilərlər:  Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Böyük Britaniya, Monqolustan, Özbəkistan, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Belarus, Çin, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və s.

Sistemin tarifləri ilə www.monexmt.az saytında ətraflı tanış olmaq mümkündür.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR