PKK-çı Kazım Baba 28 il sonra Ankarada tutuldu

111062_res_01PKK-nın yuxarı səviyyə idarəçisilərindən biri olduğu üçün haqqında tutulma qərarı olan və 20 ildir adını dəyişdirərək gizlənən Kazım Baba dünən paytaxt Ankarada tutulub.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, ifadəsi alındıqdan sonra məhkəmə qərarı ilə sərbəst buraxılan Babanın Abdullah Öcalanı “Öndər ‘olaraq seçən 40 nəfərlik icra şurası üzvlərindən biri olduğu bildirilir.

1994-cü ilsə Hollandiyanın Lahey şəhərində elan edilən Sürgündə Kürdüstan Parlamenti (SKP) üzvlərinin mühakimə olunduğu Ankara 8-ci Ağır Cəza Məhkəməsində davam edən prosesə əlavə olaraq Kazım Baba haqqında da ittihamnamə göndərilib.

Konstitusiya cinayətləri bürosunun prokuroru Aytekin Ceniklinin tərtib etdiyi ittihamnamədə Babaya qarşı Türkiyənin şərq və cənub-şərqi bölgələrində tərəfdar toplamaq, irqçi bir yanaşma ilə qeyri-qanuni təşklilatlanmada iştirakına dair müddəalar yer alır.

Kazım Babaya qarşı irəli sürülən ittihamlar belə sıralanır: “1979-cu ildə Almaniyaya gedib. 1995-ci ildə Brüsseldə 13 kürd nümayəndənin qatıldığı Kürdüstan Hazırlıq Konqresinə qatılıb, SKP-də 65 adamdan ibarət olan idarə heyətində yer alıb.

İttihamnamədə Kazım Babanın 22 il 6 aya qədər həbs cəzası ilə cəzalandırılması istənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR