Rusiya ilə Estoniya arasında film səhnələrini xatırladan kəşfiyyat agentləri dəyişdirilməsi prosesi baş verib. Rusiyanın daha öncə tutduğu Estoniyanın kəşfiyyat agenti Eston Kohveri, Moskva üçün agentlik edən Aleksey Dressenle dəyişdirilib. Casusların dəyişdirilməsi Rusiya-Eston sərhəddində Piuza çayı üzərindəki körpüdə həyata keçirilib. Proses videoya çəkilib və KİV -lərə təqdim edilib.