Sumqayıt İcra Hakimiyyətindən Eldar Əzizovla bağlı – AÇIQLAMA

1Qurumdan yayılan məlumatlara münasibət bildirdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iş başındadır.

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətidən məlumat veriblər.

İcra Hakimiyyətindən bildiriblər ki, Eldar Əzizovun icra başçısı vəzifəsindən azad edilməsi tamamilə yanlış informasiyadır:

“Yerli KİV-də yanlış məlumat yayılıb. Eldar Əzizov işdən çıxarılmayıb. O, iş başındadır”.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, Sumqayıtın icra başçsı Eldar Əzizov postundan azad edilib, o Bakının Nizami rayonuna rəhbər aparılıb. Digər məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR