Azərbaycanlıların toy karvanı yolda əsl cəhənnəm yaratdı

112412_res_01Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların toy karvanı bütün mümkün yol hərəkəti qaydalarını pozaraq yolda əsl cəhənnəm yaradıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda URA.ru yazır. Kortejin hərəkətini şəhərin Kosmonavtlar küçəsində hərəkətdə olan avtomobillərdən birində quraşdırılmış videoregistrator çəkib.

Video YouTube şəbəkəsində yerləşdirilib və hazırda sosial şəbəkələrdə yayılmaqla geniş müzakirə mövzusuna çevrilib.

Kadrlardan görünür ki, kortejin hərəkəti oktyabrın 5-də qeydə alınıb. Kortejə daxil olan bir neçə avtomobil toy limuzinini ötüb keçir, tamamilə qeyri-adekvat hərəkət edir, qırmızı işıqda keçir, yolayrıcında dayanır, hərəkəti əngəlləyir və digər qayda pozuntularına yol verir.

Daha sonra kortejdə yer alan avtomobillər qəfildən küçənin ortasında geriyə dönür və qəza vəziyyəti yaradır. Bunun ardınca maşınlar küçədə geriyə hərəkətə başlayır. Maşınların birinin arxasında Azərbaycan bayrağı görünür.

Bundan əvvəl də azərbaycanlıların toy karvanları Rusiya şəhərlərinin küçələrində problem yaradıb. Kortejə daxil olan avtomobillərdən havaya dəfələrlə atəş açılıb və avtoxuliqanlıq əməlləri törədilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR