Flora Kərimova bu dəfə geyimi ilə təəccübləndirdi

1444307344_1444304868_showpic_el100-5Xalq artisti Flora Kərimova həmkarı Nisə Qasımovanın ATV-də yayımlanan “Mənim dünyam” verilişinin qonağı olub.
BAKU.WS məlumat verir ki, Xalq artisti geyindiyi açıq-saçıq geyimi ilə diqqət çəkib. Flora Kərimovanın bu geyimi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Xalq artisti təmtəraqlı təqdimatları sevmədiyini bildirib:
“Müğənni səsini təqdim edir. Əgər səni qəbul edib sevirlərsə, bəsdir. İnsanı nə maşına, nə evə, nə yalançı təbəssümə, nə var-dövlətə görə sevirlər. Tamaşaçı insanın məzmununu, ağlını sevir. Olduğun kimi görünməlisən”.
Xatırladaq ki, Flora Kərimova bu yaxınlarda həmkarı Nadir Qafarzadə ilə aralarında yaşanmış qalmaqala görə gündəmə gəlmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR