Füzuli təhsilini bərbad hala salan şöbə müdirinin adı qalmaqallardan əskilmək bilmir

12284e83e8efAlmaz Həşimova fakt qarşısında

Bu yaxınlarda böyük problemlə üzləşən RTŞ rəhbəri təhlükədən necə sovuşa bilib? Təhsil naziri Mikayıl Cabbarovun müsbət islahatları ilə yanaşı, müsbət olmayan cəhətləri də var. O, nazir vəzifəsinə təyin olunduqdan sonra bəzi məktəb direktorlarını, təhsil şöbələrinin rəhbər işçilərini tutduqları vəzifələrdən uzaqlaşdırdı. Bunu həm biz, həm də ictimaiyyət nümayəndələri müsbət qarşılayırıq. Lakin nazirin bir sıra rayonların təhsil sistemində islahat keçirməyə meyl etməməsi heç cür başadüşülən hal deyil. Məsələn, Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri, eyni zamanda YAP-ın rayon təşkilatının sədri işləyən Almaz Həşimova ilə bağlı bu günə qədər saysız-hesabsız tənqidi yazılar dərc olunub. Təəssüf ki, Mikayıl müəllim keçmiş nazir Misir Mərdanovun kadrının fəaliyyətindəki nöqsanları araşdırmaq istəmir və Füzulinin təhsil sistemini acınacaqlı hala salan şöbə müdirinin barəsində müvafiq tədbirlər görmür. Sirr deyil ki, RTŞ müdiri son illər ölkə mediasının ən “məşhur” simalarından birinə çevrilib. Rayonun müəllim kollektivinin yetərli hissəsi müdirlə bağlı müxtəlif mətbuat orqanlarına indiyə qədər çoxlu sayda faktları açıqlayıblar. Rayon təhsil şöbəsinin müdiri isə hansısa qüvvələrin sayəsində kreslosuna yönələn təhlükələrdən özünü müdafiə etməyi bacarıb. Xatırladaq ki, ötən il Füzuli RTŞ-də maliyyə yoxlamalarının aparılması və 1 milyon manata yaxın büdcə kəsirinin aşkarlandığı yazılmışdı. Bildirilirdi ki, yoxlamalar zamanı təhsil şöbəsində 600 min manat büdcə kəsiri qeydə alınıb: “Nazirlik tərəfindən maxinasiyaların aşkarlanması Almaz Həşimovanı ağır vəziyyətə qoyub. Fakt qarşısında qalan müdir büdcə kəsirini bağlamaq üçün məktəb direktorlarından yığmağa başlayıb. Müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alırlar, məktəb direktorlarına isə hərəsinə 4 min manat gətirmək tapşırılıb. Məktəb direktorları banklardan kredit götürərək tələb edilən məbləği verməyə başlayıblar. Bizə də deyirlər ki, bu pul yoxlama zamanı aşkara çıxan kəsirləri bağlamaq üçündür. Bizim nəyimizə lazımdır ki, kəsir niyə yaranıb, necə bağlanmalıdır? Kiminsə tamahının qurbanı niyə müəllimlər olmalıdır? Onsuz da maaşımız o qədər də çox deyil, onun da 100 manatının əlimizdən alınması bizim üçün olduqca çətinlik yaradır”. Şöbə müdiri bu ittihamlara cavabında deyib ki, təhsil şöbəsinin heç ümumi büdcəsi o qədər deyil. Büdcə kəsiri necə o qədər ola bilər ki: “Bəli, iki ay öncə Maliyyə Nazirliyi yoxlama keçirdi. Ancaq heç bir qüsura və problemə rast gəlinmədi. Büdcəmizdə də hansısa problem yox idi. Kim deyirsə ki, büdcədəki kəsiri bağlamaq üçün mən müəllimlərdən və direktorlardan pul yığıram, yalan danışır”. Apardığımız araşdırmalar göstərir ki, 81 məktəbin fəaliyyət göstərdiyi rayonda müəllim kollektivinin böyük hissəsi şöbə müdirinin fəaliyyətindən narazıdır: “Almaz xanım bu vaxta kimi rayonun təhsil sisteminin inkişafı istiqamətində heç bir iş görməyib. Bunu rayon ictimaiyyəti də təsdiqləyə bilər. Ölkə rəhbərliyi səviyyəsində təhsil sektorunun inkişafına böyük diqqət və qayğının göstərildiyi bir vaxtda bu xanım şagirdlərin savadsız yetişməsinə şərait yaradır. Rayonda fəaliyyət göstərən məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır. Füzulinin bir hissəsi erməni işğalı altında olduğundan bəzi məktəblər respublikanın müxtəlif ərazilərində yerləşdirilib. Həmin məktəblərdə şagirdlərin dərsə davamiyyəti zəifdir. Direktorlar yuxarı sinif şagirdlərinin “aylıq”a çıxmasına zəmin yaradırlar. Təbii ki, bunun əvəzində şagirdlər məktəb rəhbərlərinə hər ay “sağol” deməlidirlər. Bu işlərdən əldə olunan qazancın əsas hissəsi şöbə müdirinə çatdırılır. Belə eşitmişik. Füzuli təhsilindəki qanunsuzluqlar bununla da bitmir. Şöbə müdiri rayonun maliyyə idarəsinin rəhbərliyi ilə “anlaşaraq” heç nəyə gərək olmayan ştatların açılmasına nail olur. Məktəblərin bir çoxunda əlavə texniki ştatlar açılıb. Hansı ki, həmin ştatlara ehtiyac yoxdur. Təhsil şöbəsinin müdiri əlavə ştatların sayəsində maliyyə imkanlarını daha da artırmağa nail olub”. Məlumatlı mənbənin bildirdiyinə əsasən rayonda yerləşən təhsil ocaqlarının cari təmir işlərinə hər il dövlət büdcəsindən vəsait ayrılır: “Buna baxmayaraq, məktəblərin cari təmiri həmin vəsait hesabına yox, şagirdlərdən yığılan “təmir pulu” ilə həyata keçirilir. Valideynlər, şagirdlər mövcud vəziyyətə etiraz edirlər, amma xeyri yoxdur. Hansı direktor müdirin tələblərini həyata keçirə bilmirsə, dərhal cəzalandırılır. Rayonda məktəb direktoru işləmək istəyən şəxslərin sayı kifayət qədərdir. Ona görə ki, məktəblərdə bəzi işləri asanlıqla həyata keçirmək olmur. Direktor təyinatı elə də asan başa gəlmir. Belə ki, direktor işləmək istəyənlər mütləq Almaz xanımın qəbuluna getməlidir. Yalnız onun razılığından sonra təyinat baş tutur”. Onu da qeyd edək ki, bir müddət əvvəl RTŞ müdiri Füzuli təhsilində keçirdiyi tenderlərlə gündəmə gəlmişdi. Yayılan məlumatlarda bildirilirdi ki, xanım müdir təkcə 2011-ci ildə Füzuli rayon 116 saylı peşə məktəbində 39656,87 manatlıq 10 tender keçirib. Həmin tenderlər “Valeh-H”, “Nəfs-RR” və “Ülkər-H” MMC-lərə həvalə edilib. Deyilənə görə, peşə məktəbində görülən işlərin qiyməti bir neçə dəfə şişirdilib. Buna görə də büdcə vəsaitlərinin əksəriyyəti havaya buxarlandırılıb. Digər tərəfdən, şöbə müdirinin biznes şəbəkəsi, paytaxtda bahalı mənzillərinin və avtomobillərinin olması haqda da məlumatlar yayılıb. Almaz Həşimova isə həmin məsələlərə cavab olaraq bildirib ki, dövlətin Füzuli Rayon Təhsil Şöbəsi üçün ayırdığı rəsmi avtomobil 19-AA-018 nömrəli QAZ-31 markalı minik maşınıdır: “Ailəmizin avtomobili isə “Nissan Qaşqay”, 90-MR-403 nömrəli avtomobildir. Mənim Füzulidə hazırda evim yoxdur. Çünki Füzuli şəhəri hər bir kəsin bildiyi kimi 1993-cü ildən işğal altındadır. Özüm ailəmlə birlikdə Əhmədbəyli kəndində məskunlaşmışıq. Bakıya gedəndə isə Bakı şəhərində 4-cü mikrorayonda Əlisgəndər İsgəndərov küçəsi bina 1 / 3-də 22 ¹-li evdə, oğlumla birlikdə yaşayıram. Bu ev 1994-cü ildə həyat yoldaşım tərəfindən alınıb”. Siz dediniz, biz də inandıq. Almaz xanım, indiyə qədər hansı vəzifəli şəxs sahibi olduğu var-dövləti, biznes layihələrini etiraf edib? Siz də onlardan biri, heç vaxt etiraf etməzsiniz. İnanın ki, gec-tez tutduğunuz qanuna zidd əməllərə görə cavab verməli olacaqsınız. Onda çox gec olacaq. Gələn saylarımızda xanım müdirin 1984-cü ildən 2011-ci ilin mart ayına kimi olan fəaliyyəti, rəhmətə getmiş müəllimin adına iki il maaşın yazılması, Almaz Həşimovanın Maliyyə Nazirliyində sorğu-sual edilməsi, eləcə də 2 milyonluq işin təfərrüatları haqda şok faktları açıqlayacağıq. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. P.S. Kafe işlədən xanım kim olub.gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR