Gizli evlənən Brejneva və Meladzenin toyundan görüntü – VİDEO

1445668702_vera-brezhneva-i-konstantin-meladze-skryvajut-otnoshenija-10-let_2821b11288bd4bebd04384c909bd15bfMərasimdə cütlüyün ən yaxın adamları iştirak edib.

Gizli ailə quran müğənni Vera Brejneva ilə prodüser Konstantin Meladzenin toy videosu ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, video-görüntü Ukraynanın “TCH” kanalında yayımlanıb.

Görüntüdə cütlüyün İtaliyanın Forte-Dey-Marmi şəhərinin bələdiyyə binasından çıxaraq avtomobilə əyləşməsi əks olunub.

Veranın əynində gəlinlik libası, Konstantin isə cins şalvar, ağ köynək və mavi pencək olub.

Xatırladaq ki, 33 yaşlı Brejneva ilə 52 yaşlı Meladze bir neçə gün əvvəl İtaliyada hamıdan gizli evlənib. Mərasimdə cütlüyün ən yaxın adamları iştirak edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR