İnfarktdan əziyyət çəkənlərə – meymun – VİDEO

1342374133_wrlfMeymunların formada qalmağından nümunə götürdülər, meymun kimi yeriməyə başladılar. Çində bu günlərdə dəb halını alan idman növü ortaya qəribə mənzərə çıxarıb. Xüsusilə yaşlıların küçələrdə necə deyərlər dörd ayaq üstündə gəzməsi hər kəsin marağına səbəb olub.

Kənardan baxanda onlar yeriyən meymun sürüsünü xatırlatsa da, sakinlərə buna məhəl qoymur.

Küçədə əlləri və ayaqları üzərində yeriyənlər deyir ki, bu cür gimnastika onların sağlamlığına ciddi şəkildə müsbət təsir edib. Oynaqlardakı ağrılar tamamilə aradan qalxıb, bədən formaları belə qaydasına düşüb. Amma bu cür yerimək heç də hər kəs üçün faydalı deyil.

Henan vilayətində yaranan dəb indi ölkənin müxtəlif şəhərlərinə də yayılmaqdadır. Bu yolla sağlam qalmağın mümkün olduğunu düşünən çinlilər ağır məşqlərdənsə meymun kimi yeriməyin daha asan olduğunu deyir.

ATV.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR