Kərəm Həsənova şok müraciət: “Bu soyqırımı dayandırın!”

222783Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir?

Mərkəzi xəstəxanada artan ana ölümləri və pula görə qadınları qeysəriyyə əməliyyatı olunması ilə bağlı xəbərlər gündəmdən düşmür.

Arqument.Az xəbər verir ki, “Cəlilabadımız” adlı feysbuk səhifəsində mərkəzi xəstəxanayla bağlı şok xəbərlər paylaşılır və bununla bağlı həm rayon rəhbərliyini, həm də xəstəxananın baş həkimini tənqid edirlər. Hətta səhifə üzvlərinin bir neçəsi dəfələrlə rayon rəhbərliyinin göstərişi ilə polisə aparılaraq döyüldüyünü bildirir. Gələn yazılarımızda onların da adını açıqlayacağıq.

Səhifədə bildirilir: “Bir həftə bundan öncə rayon xəstəxanasında normadan 10 dəfə artıq qeysəriyyə əməliyyatı edildiyini yazdım. Ümid etdim ki, bu məsələ həll olunar, ancaq buna baxmayaraq heç nə dəyişmədi. Əksinə baş həkimin adamları ovuma çıxdılar.1356

Mən əminəm ki, bu məsələni yalnız rayonumuzun kuratoru və faktiki idarə edəni Kərəm Həsənov həll edə bilər, buna görə də ona buradan müraciət edirəm:

Kərəm müəllim, mən bilirəm ki, siz səhifəmizi izləyirsiniz. Bilirəm ki, rayonumuzun icra başçısı və baş həkimi sizə tabelik münasibəti göstərirlər. Sizdən xahiş edirəm, bu soyqırımı dayandırın. Bacılarımızı aldadıb təbii doğuşun mümkün olmadığını deyərək məcburi qeysəriyyə əməliyyatı edirlər. Mən anlayıram ki, baş həkim sizin kəndçiniz və yaxınınızdır. Ona görə heç olmasa əməliyyətın bir başa səbəbkarları və icraçıları cərrahiyə şöbəsinin müdürü və mama – ginekoloq Dilbəri cəzalandırın.

Kərəm müəllim, əgər siz yerlilərinizin zərrə qədər də qeydinə qalırsınızsa o zaman tədbir görəcəksiniz. Etməsəniz, deməli, baş həkimdən aldığınız o haram pullar sizə cəlilabadlıların sağlamlığından və gələcəyindən daha önəmlidir. O zaman siz də bu soyqırımı edənlərdənsiniz….”

Müraciətdə qeyd edilir ki, oktyabrın 1 – də rayonun Alar kənd sakini, 1995-ciil təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova axşam saatlarında Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.1355

Doğuş zamanı körpə qeysəriyyə üsulu ilə ana bətnindən götürülüb və sonra gənc ana dünyasını dəyişib. İlkin məlumata görə, ananın böyrəklərində problem olduğu bildirilir.

Mövzu ilə bağlı Arqument.Az-ın araşdırma qrupu rayon xəstəxanasında araşdırmaya başlayıb. Bildirilib ki, vəfat edən gənc ana əməliyyatdan sonra özünü yaxşı hiss edirmiş, amma sonradan qəfil halı pisləşərək dünyasını dəyişib. Gənc ananın dünyaya gətirdiyi körpənin isə sağ olduğu bildirilib.

Mənbə onu da bildirib ki, həm gənc ananın ölümü və həm də yayılan qeysəriyyə əməliyyatı biznesinə görə həkimlər çək-çevirə salınıb.

Ümumilikdə götürdükdə isə  baş verən hadisələrə görə baş həkim İlham Əliyev və onun yardımçısı ginekoloq Dilbər ittiham olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR