Masallı icra hakimiyyətindən yazıçıya hörmətsizlik…

48975Gənc yazar Asiman Eyniyev yeni çapdan çıxmış “Sahil” hekayələr kitabının Masallıda təqdimatı üçün icra hakimiyyətinə müraciət etsə də rədd cavabı alıb.

Bu barədə Moderator.az-a gənc yazarın özü məlumat verib.

Masallı rayon İcra Hakimiyyətindən Asiman Eyniyevə bildiriblər ki, Masallıda kitab-filan oxuyan yoxdur.

Asiman Eyniyev deyir ki, o, bu münasibətə qəti etiraz edib: “Dedim siz nə danışırsız? Bu rayonun iki yüz min əhalisi var. Onlardan 66 mini gəncdir. Doğrudanmı bu gənclərin içərisində 20-30 nəfər kitab oxuyan yoxdur?”

14812722632322322

Asiman Eyniyevə deyiblər ki, burda şairlər və yazıçılar kitablarını pulsuz paylayır, əgər sən də belə etmək istəyirsənsə, problem yoxdur, küçədə dayanıb edə bilərsən.

Gənc yazıçı bu təklifə mənfi reaksiya verəndə ona bildirilib ki, belədirsə, hər hansı təqdimatdan-filandan söhbət gedə bilməz.

Qeyd edək ki, gənc yazar özü də Masallı rayonundandır. Oxucuların diqqətinə çatdırırıq ki, kitaba bu cür hörmətsiz münasibət göstərən qurumun başçısı Rafil Hüseynovdur. Onu tanımayanlara hətta başçının fotosunu da təqdim edirik:

1422854857_rafl-huseynov

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR