Messi yeni ulduzun adını açıqladı

img1914259Lionel Messi yaхın gələcəkdə futbolun ən böyük ulduzlarından olacaq oyunçunun adını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, argentinalı ulduz “Tuttusport”a açıqlamasında həmyerlisi Paulo Dibalanı tərifləyib.

Messi bildirib ki, “Yuventus”un yayda 32 milyon avroya “Palermo”dan aldığı 21 yaşlı Dibala bir neçə il sonra özündən söz etdirəcək: “Dibala çoх istedadlı futbolçudu. Milli komandaya da çağırılmağa başladı. Mənə inanın, tezliklə hər kəs bu uşaqdan danışacaq”.ba84bac468bbPaulo Dibala

“Barselona” lideri hazırda zədəsinin bərpası ilə məşguldur. Messi zədəsi haqda da danışıb.

Argentinalı futbolçu ardıcıl üçüncü zədələnməsindən narahat olduğunu dilə gətirib: “Bu zədəni gözləmirdim. Çox narahatam. Üstəlik əsəbiyəm. Çünki bu zədə bir öncəkindən dərhal sonra oldu. Ancaq bir məsələ var ki, sanki bu zədə olmalı idi. Artıq burada başqa səbəblər axtarmağa gərək yoxdur. Bir təpik və pis hərəkət sonrasında zədələndim. Hazırda özümü yaxşı hiss edirəm. Bərpa prossesi də yaxşı gedir. Yaxınlarda yaşıl meydanda olacağam”, – deyə Leo bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR