Peskov: “Putin və Obama bir-birinə “sən” deyir…”

img1908613Rusiya və ABŞ prezidentləri arasında konstruktiv əlaqələr var. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onların arasında kifayət qədər işgüzar və çox konstruktiv əlaqələr mövcuddur. Bu da onlara imkan verir ki, kəskin məsələləri birbaşa qoysunlar, bu və ya başqa mövzularla bağlı anlaşılmazlığı, necə deyərlər, gizlətməsinlər” – qeyd edib mətbuat katibi.
Onun sözlərinə görə, iki dövlətin başçıları bir-birinə adı ilə müraciət edir: “Onlar bir-birinə Vladimir və Barak deyirlər. Belə demək olar ki, “sən”lə danışırlar”.
Barak Obama və Vladimir Putin arasında Ukrayna böhranına görə iki illik fasilədən sonra ilk görüş bu həftə BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR