Putin: “Bəzi ölkələr terrorla “mübarizədə” ikili oyun oynayırlar”

img1913008Bəzi ölkələr “Yaxın Şərq lövhəsində fiqurları öz maraqlarına uyğun şəkildə düzərək”, terrorla “mübarizədə” ikili oyun oynayırlar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
“Şübhəsiz, ABŞ dünyada ən böyük hərbi potensiala malikdir. Sadəcə ikili oyun oynamaq həmişə çətindir.  Terrorçularla mübarizəni elan etmək və eyni zamanda Yaxın Şərq lövhəsində fiqurların öz marağına uyğun şəkildə düzmək üçün  onların bir hissəsindən istifadə etmək…”, deyə Putin qeyd edib.
Onun sözlərinə görə, sərf etməyən rejimləri devriltmək məqsədilə terrorçuların bir hissəsindən istifadə etməklə terrorçuluğa qalib gəlmək mümkün deyil. Bu terrorçulardan sonra yaxa qurtarmaq mümkün olmayacaq”, deyə Putin əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR