Ramil Usubovdan yeni təyinatlar

rasiiDaxili işlər orqanlarında daha bir neçə təyinat olub

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zair Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR