Sabirabadın təhsil sahəsini qeyri-peşəkarlar idarə edir

1446188211_elman-sabirabadElman Bünyadov rayon təhsilini bərbad hala salıb Təhsil hər bir insanın həyatını düzgün istiqamətə aparan bir amildir. Təhsilsiz insan həyatda özünə yer tapa bilməz. Ona görə də təhsil gələcəyimizin zəmanətidir. Bu baxımdan da təhsilin inkişafı istiqamətində hər kəs çalışmalıdır. Xüsusilə də bu sahə üzrə məsul şəxslər ölkənin təhsil sisteminin təkmilləşməsi istiqamətində zəruri addımlar atmağa daim hazır olmalıdır. Hərçənd ki, bu sahənin başında dayananların bəziləri təhsilimizi irəli deyil, uçuruma sürükləməkdədirlər. Xüsusilə də regionlarda təhsilin keyfiyyəti həddindən artıq aşağı düşməkdədir. Təhsil ocaqlarının çoxunun paytaxtda yerləşməsinə baxmayaraq, regionlarda da təhsil ocaqlarının sayı az deyil. Sabirabad rayonunda da yetərli qədər təhsil ocağı fəaliyyət göstərir. Lakin son illər Sabirabad təhsili büdrəməyə başlayıb. Rayon təhsilinin keyfiyyəti həddindən artıq aşağı düşüb. Qeyd edək ki, Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadovdur. Bu şəxsin yetərsiz fəaliyyətinin nəticəsidir ki, rayonda savadsızlaşma gedir. Rayonda fəaliyyət göstərən qurumlarda savadlı kadrlar tapmaq mümkün deyil. Baxmayaraq ki, ümumi götürdükdə işsizlik daha çoxdur. Lakin Sabirabad rayonunda dövlət və özəl qurumlara işçi tapmaq müşkül məsələyə çevrilib. Bütün bunlar rayonda təhsilin keyfiyyətinin aşağı düşməsiylə bağlıdır. Təhsil şöbəsinin müdiri Elman Bünyadov fəaliyyətində ciddi səhvlərə yol verməkdədir. Məktəblərə nəzarəti əldən verən şöbə müdiri yalnız və yalnız maraqlarının ardınca düşüb. Verilən məlumatlara görə, məktəb direktorlarından hər ay haqq alan Bünyadov məktəblərdə baş verənlərdən xəbərsizdir. Rayonun məktəblərində isə özbaşınalıq baş alıb gedir. Şagirdlər direktoru saymırlar. Onlar məktəbə sanki vaxt keçirməyə gəlirlər. Müəllimlərin və şagirdlərin dərslərə davamiyyəti sıfıra bərabərdir. Xüsusilə də qış aylarında davamiyyət çox aşağı olur. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər. Bu barədə nə qədər yazılsa da, Sabirabad Təhsil Şöbəsində qanunazidd hərəkətlərin qarşısını almaq mümkün deyil. Artıq neçə ildir ki, Elman Bünyadov Sabirabad təhsilini uçuruma sürükləməkdədir. Sabirabadlılar da haqq səslərini qaldırıblar. Bu şəxsin təhsil sahəsindən getməsini tələb edirlər. Çünki rayonda savadsızlığın baş alıb getməsində şöbə müdirini səbəbkar bilirlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, Sabirabad Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı qanunlara əməl olunmur. Belə ki, Sabirabad təhsil şöbəsində təhsildən anlayışı olmayanlar çalışır. Xaüsusilə də belə şəxsləri mühum vəzifələrə təyin edirlər. Ona görə də işinin peşəkarı olmayanlara vəzifə etibar edildikdə, sonu da belə olur. Mənbənin sözlərinə görə, nazirliyin müəllimlər üçün keçirdiyi imtahandan keçə bilməyənlər Sabirabadın orta məktəblərində işləyirlər. Buna nə ad vermək olar? Sözsüz ki, bu işdə şöbə müdirinin marağı var. Elman Büynyadov birbaşa Təhsil Nazirliyinə saymazlıq edir. Həm Təhsil Nazirliyinin nizamnaməsinə, həm də ölkə konstitusiyasına hörmətsizlik göstərən şöbə müdiri yalnız özünəməxsus qaydalardan istifadə etməklə iş sistemini yaradıb. Onun yaratdığı bu sistemdə başlıca yeri isə qanunların tapdanması tutur.gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR