Şou əhlinin yerli-yersiz işlətdiyi sözlər

mikrofon2“Star life” məşhurlar arasında sorğu aparıb.

Axşam.az-ın məlumatına görə, onlar “Hansı sözü yerli-yersiz işlədirsiniz” sualına cavab veriblər, eyni zamanda həmkarlarının ən çox işlətdiyi sözləri də deyiblər:

Müğənni İzzət Bağırzadə – “Vallah” sözünü tez-tez işlədirəm. İfaçıların danışanda “eee” deməklərini xoşlamıram.

Müğənni Gülay Zeynallı – “Məsələn” sözünü yerli-yersiz istifadə edirəm. Bir də iki dəqiqədən bir “təsəvvür edin” sözünü tez-tez işlədirəm. Həmkarlarıma gəldikdə isə, Emil Bədəlov oxuyanda fit çalır.

Müğənni Zamiq Hüseynov – Hərdən elə sözlər olur ki, onu tez-tez istifadə edirəm. Amma o qədər də çox deyillər. Həmkarlarım real həyatda olduqları kimi efirdə danışmırlar.

Rəqqasə Oksana Rəsulova – “Bəli və məsələn” sözlərini çox işlədirəm. Müğənnilər arasında isə İlhamə Qasımova danışanda “bilirsiniz” sözünü çox deyir.

Müğənni Niyam Salami – “Ağzına gələni danışma” mənim sözümdür. Kimə gəldi deyirəm. Həmkarlarım danışanda çox “mən-mən” deyirlər.

Müğənni Günay İbrahimli – Bir ara “Polibomu” sözünü işlədirdim. İndi də dilimə “tamam” sözü düşüb.

Müğənni Emil Bədəlov – “Ələxsus” sözünü çox işlədirəm. Guya savadlı danışıram da… Son vaxtlar müğənnilər “yani” istifadə edirlər. Bizim dildə bu “yəni”dir də…

Müğənni Azad Şabanov – Belə bir söz var, amma onu heç kim başa düşmür: “bratello”.

Müğənni Xatun Əliyeva – “Cildi-civanna” sözünü yeri gəldi-gəlmədi işlədirəm. Həmkarlarım isə “canım mənim” sözündən istifadə edirlər. Bu isə İlhamə Quliyevanın sözüdür.

Müğənni İlhamə Qasımova – Çox dildən alınma sözlər var ki, onları istifadə edirəm. “Uje” sözü də bunlardan biridir. Oksana son günlər bədii dildə danışmağa çalışır.

Müğənni Sevil və Sevinc – Son günlər “fındıq, fıstıq” sözü dilimizə düşüb. Hamıya belə müraciət edirəm. Bir də yerli-yersiz “acaba” deyirik.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR