Yağışlı hava davam edəcək

113778_res_01Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14, Bakıda isə gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 13-16, dağlarda gecə 1-5, gündüz 5-19 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR