Zorlamaya görə dünya ölkələrində verilən CƏZALAR

zorla`m111a`Zorlanma şəxsiyyətə qarşı törədilmiş və onu aşağılayan ən ağır cinayət növlərindən biri hesab olunur. Müxtəlif ölkələrinin cinayət qanunvericiliyi zorlama kriteriyalarına fərqli yanaşsa da, ümumlikdə belə epizodlar törədilmə şəraitinə və ağırlığına görə ən sərt cəzalara məruz qalır.

Xüsusən, ictimai rezonans doğuran cinayətlər qanunvericilikdə zorlama cəzalarının sərtləşdirilməsinə yol açır. Məsələn, Hindistanın Cinayət Məcəlləsi 2013-cü ilə qədər zorlamaya görə 7 ildən 10 ilə kimi həbs cəzası nəzərdə tuturdu. Lakin 23 yaşlı tələbə Cioti Sinqx Pandinin 6 nəfər tərəfindən zorlanaraq öldürülməsi hindliləri ayağa qaldırdı və zorlamaya görə cəza 10 ildən 20 il qədər artırıdfı. Əgər kriminal epizod zərərçəkmişin ölümü ilə nəticələnərsə, cinayətkarları ölüm cəzası da gözləyir.

Və yaxud 2012-ci ilin martında Donetskdə 18 yaşlı Oksana Makarın zorlanaraq öldürülməsi Ukraynada mövcud qanunvericiliyin sərtləşdirilməsinə səbəb olub.

Modern.az saytı dünya ölkələrində zorlamaya görə hansı cəzaların verildiyi barədə məlumatı  təqdim edir.

Zorlama faktına görə dünya ölkələrinin cinayət qanunuvericiliyinə nəzərdə tutulan minimal cəzalar:

1 il – Avstrliya, Almaniya, İslandiya, Polşa, Sloveniya, Finlandiya, Estoniya
2 il – Bolqarıstan, Macarıstan, Vyetnam, İsveç
3 il – Albaniya, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Çin, Moldova, Rusiya, Ukrayna, Rumıniya, Tacikistan, Türkmənistan, Yaponiya
4 il – Azərbaycan, Boliviya, Ekvador
5 il – Əlcəzair, Belçika, Venesuela, İtaliya, Qırğızıstan, Fil Dişi Sahili
6 il – Braziliya, İspaniya
8 il – Kolumbiya
10 il – Kosta-Rika.

Zorlama faktına görə verilən maksimal cəzalar:

5 il – Qazaxıstan, KoreyaXalq Demokratik Respublikası, Fil Dişi Sahili, Monqolustan, Ekvador, Ukrayna
6 il – Ermənistan. Danimarka, Rusiya, Finlandiya, İsveç
7 il – Belarus, Vyetnam, Gürcüstan, Latviya, Litva, Moldova, Tacikistan
8 il – Azərbaycan, Bolqarıstan, Macarıstan, Qırğızıstan, Ekvador
10 il – Avstriya, Albaniya, Əlcəzair, Belçika, Boliviya, Braziliya, İtaliya, Çin, Kuba, Polşa, Rumıniya, Sloveniya, Türkmənistan, İsveçrə
12 il – Andorra, İndoneziya, İspaniya. Hollandiya, Paraqvay
14 il – Avstraliya
15 il – Kolumbiya, Oman, Fransa
16 il – İslandiya, Kosta-Rika
20 il – Burundi, Fil Dişi Sahili, Sinqapur, Tailand
30 il – Bruney.

Ömürlük azadlıqdan məhrumetmə – Böyük Britaniya, Barbados, Vanuatu, Zambiya, Hindistan, Keniya, Kipr, Samoa, Solomon adaları, Tunis, Fici, Fillipin

Ölüm cəzası – İran, Sudan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı.

Qeyd edək ki, zorlama həm də elə cinayət növüdür ki, onu törədənləri düşdükləri həbsxanalarda yazılmamış qanunlar əsasında da cəzalandırırlar. Həmin cəzanı isə elə məhkumların özləri kəsirlər…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR