45 yaşlı azərbaycanlı “O səs Türkiyə”də – VİDEO

1448866485_997“O səs Türkiyə”nin dünənki buraxılışında azərbaycanlı müğənni İlham Əsgəroğlu çıxış edib.

Axşam.az-ın məlumatına görə, 45 yaşlı müğənni səhnədə bəstəkar Cahangir Cahangirovun “Ay qız” mahnısını səsləndirib. O, ifasıyla Gökhan və Hakan Özoğuz qardaşlarını döndərə bilib.

Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə müğənnilər Ebru Gündeş, Murad Boz, Hadise, Gökhan və Hakan Özoğuz əyləşib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR