“Bəlkə də, ona görə evdə qalmışıq” (VİDEO)

1421362080_img_wdktmencef“Qohum oğlanlarla evlənmək istəmirik”

“Sizə nə?”

Müğənni Sevil-Sevinc bacıları Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar veriblər.

Tamşaçılardan gələn sualları cavablandıran ifaçı bacılar bunları söyləyiblər:
“Fikrimizdə müğənni olmaq olmayıb, sadəcə qismət belə gətirib. Yaxşı ki, belə maraqlı olub”.

“Saç rənginizi dəyişməkdən bezmədiniz?” sualını müğənni bacılar belə cavablandırıblar:
“Sizə nə? Yox, bezməmişik. Uzun müddət eyni saç rəngində idik. Əvvəl çox tünd rəngdə idi saçımız, sonra rəngi bir az açıq etdik, indi isə yenə tünd rəngə qayıtdıq. Qara rəngə üstünlük veririk”.

Əkiz bacılar”Ailə quranda əkiz oğlanı necə tapacaqsınız?” sualına belə cavab veriblər:
“Bəlkə də, ona görə evdə qalmışıq. Özümüz üçün əkiz oğlan tapmaq fikrimiz yoxdur. Yetər ki, ürəyimizə yatan insanlar olsun. Dost olsalar,yaxşı olar. Qohum oğlanlarla evlənmək istəmirik. Nəsl genişlənməlidir, hər tərəfdən”.

Müğənnilər verilişdə yeni yaradıcılıq işləri haqda da danışıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR