Bakı Metropoliteni gecə saat 01:00-a qədər işləyəcək

575c5b8b9ccdbbaa69be342ae4dd61bf-300x225Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək.
Bu barədə “Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.
Nəsimi Paşayev ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla biləcəyini qeyd edib.
Qeyd edək ki, noyabrın 26-da, saat 22:00-da Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək. “Qarabağ”ın rəqibi Londonun “Totenhem” klubudur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR