Bakıda qədim sənət növlərinin inkişafı üçün sərgi keçirilib-FOTO

Sergi000Gənclər Fondundan kiçik və orta sahibkarlığın inkişafına töhvə

Qafqaznews.az-ın məlumatına görə Gəncə, Şəki, İsmayıllı və Qəbələdən olan sənətkarlar öz məhsullarını Bakıda nümayiş etdirdilər. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi keçirilib. Sərgidə ilk öncə Birliyin sədri Kəmalə Məmmədli media nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə bölgələrdən olan həqiqi sənət ustalarının kəşf olunması görülən işlər içərisində ən çətini olub: “Layihəmizin əsas məqsədi – itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, regionlarda yaşayan gənclərə dəstək olmaq və ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdır.

Təəsüflə qeyd etmək lazımdır ki, bədii sənətkarlıq növü ilə məşğul olan ustalarımız barmaqla sayılır. Sənətkarlar əsrlər boyu qoruyub saxladıqları, bu günədək atadan oğula keçirdərək bizim günümüzədək gətirib çıxarda bildikləri sənət növlərinə qarşı ictimaiyyətin və gənc nəsillərin marağı yox dərəcəsindədir. Bu layihə vasitəsi ilə ictimaiyyətin və gənclərin diqqətini itirilmək üzrə olan bədii sənətkarlığa, bədii sənət nümunələrinə cəlb etməkdir.

Artıq bu günədək  Gəncə, Şəki, İsmayıllı və Qəbələ regionlarında sənətkar ustalar və gənclər ilə görüşlər aparılıb. Ustalar ilə aparılan danışıqlardan bu sahələrin inkişafını ləngidən maneələri öyrənmişik. Araşdırmaların son nəticəsi olaraq, təklif etdik ki, qısa müddət ərzində  sənətkarların hazırladığı məhsulları ictimaiiyətə təqdim edək. Bu sərgi vasitəsi ilə icimaiyyətin diqqətini milliliyin qorunmasına və  yerli bazarda öz məhsullarımızın təbliğatını aparmağa çalışdıq”.

Sərgini giriş sözü ilə açan layihə rəhbəri Nəcimə Əliyeva bildirib ki, bu layihə gənclərimizə qədim sənət növlərini aşılamaqda köməkçi olacaq. Nənə və babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və yeni nümunələrin yaradılması üçün layihə xüsusi əhəmiyyət kəsb edəcək.

Sərgidə çıxış edən Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova isə qeyd edib ki, sərgi olduqca maraqlı və uğurlu bir layihənin tərkib hissəsidir. Görünür, layihənin gələcək prespektivi kimi gələcəkdə digər regionların sənətkarlarını və gənclərini də bu işə cəlb etmək və bunun vasitəsilə kiçik və orta sahibkarlığın inkişafına töhvə vermək olacaq.

 

Qeyd edək ki, layihədə 12 bədii sənətkar və 100- dən artıq gənc iştrak edib.

Qafqaznews.az

Sergi004 sergi001 Sergi002 Sergi003

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR