“Bizim evdə başıpapaqlı qardaş, ata niyə yoxdur?” – Rəqsanə

54544Müğənni Rəqsanə İsmayılova Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən” proqramının qonağı olub.
Moderator.az-ın məlumatına görə, 35 ildən sonra atasını axtarmasının səbəblərindən danışan müğənni göz yaşı töküb:
“Atam bizi qoyub gedəndə 3 yaşım olub. O, bizneslə məşğul olmaq üçün Rusiyaya gedib, orada həbs olunub. Həbsdən çıxandan sonra qayıtmadı. 35 ildən sonra atamın axtarışına çıxdım. Onun yaşadığı yerdə konsert verdim, o qaçıb gizləndi, onu görə bilmədim. Həyatdan bezib atamı axtarmaq istədim. Çətinliyə düşəndə anama deyirdim ki, ana, bizim evdə başıpapaqlı qardaş, ata niyə yoxdur? Kürəyimi söykəyib rahat nəfəs alacağım adam yox idi. Mənə maddi kömək lazım deyil, insan mənəvi dayaq axtarır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR