​Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb

4f52dfef-f4ab-419b-8803-94477080d18d_292Britaniyanın “Thomson Airways” aviaşirkətinə məxsus təyyarə Misir hərbçiləri tərəfindən atılan raketdən yayınıb. İnsident bu ilin avqust ayında Şarm-əş-Şeyx hava limanına az qalmış qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən TASS məlumat yayıb.
Hava gəmisinin göyərtəsində 189 nəfər olub. Füzelyajın 300 metrliyində raketi görən pilot laynerin kursunu dəyişə və qəzadan qaça bilib. Baş verən hadisə barədə yalnız beş heyət üzvü bilib. Sonradan onlara bildirilib ki, raket təlimlər zamanı atılıb.
Böyük Britaniyanın Nəqliyyat Nazirliyi hadisənin 23 avqustda – Rusiyanın “A321″ təyyarəsinin Sinayda qəzaya uğramasından iki ay əvvəl baş verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR