Bu gün Çempionlar Liqasında növbəti tura start veriləcək

imagesTürkiyənin “Qalatasaray” klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. Hazırda qrupda 2-ci pillədə qərarlaşan İstanbul təmsilçisi mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Məğlub olacağı təqdirdə “sarı-qırmızılar” işlərini daha da çətinə salacaqlar. C qrupunun digər oyununda isə İspaniya “Atletiko”su Qazaxıstanın “Astana” klubunun qonağı olacaq.
Gecənin mərkəzi görüşü İspaniyada keçiriləcək. “Real Madrid” doğma azarkeşlər önündə Fransa PSJ-sini qəbul edəcək. Qrupun favorit komandaları hazırda liderlik mövqeyi uğrunda mübarizə aparırlar. A qrupunun digər görüşünda isə Ukrayna “Şaxtyor”u ilə İsveç “Malmö”sü qarşılaşacaq.
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
23:45. “Real Madrid” (İspaniya) – PSJ (Fransa)
23:45. “Şaxtyor” (Ukrayna) – “Malmö” (İsveç)
Xal durumu: “Real Madrid” – 7. PSJ – 7. “Malmö” – 3. “Şaxtyor” – 0.
B qrupu
23:45. “Mançester Yunayted” (İngiltərə) – ÇSKA (Rusiya)
23:45. PSV (Hollandiya) – “Volfsburq” (Almaniya)
Xal durumu: “Volfsburq” – 6. “Mançester Yunayted” – 4. ÇSKA – 4. PSV – 0.
C qrupu
19:00. “Astana” (Qazaxıstan) – “Atletiko” (İspaniya)
23:45. “Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə)
Xal durumu: “Atletiko” – 6. “Benfika” – 6. “Qalatasaray” – 4. “Astana” – 1.
D qrupu
23:45. “Borussiya” (Münxenqladbax, Almaniya) – “Yuventus” (İtaliya)
23:45. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Xal durumu: “Yuventus” – 7. “Mançester Siti” – 6. “Sevilya” – 3. “Borussiya” – 1.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR