Dövlət Reyestr Xidmətinin rəisi işdən çıxarıldı

20151130-170704linkXidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.

Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.

Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR