Gülnar Abbasova həbs edilə bilər?

aa2e4db0bc87807472b343625e19799aMaliyyə Nazirliyi nəhayət Ağdam səhiyyəsini təftiş etməyə başladı. İlk yoxlanış günündəcə 1200 saxta iş ştatı aşkarlanıb.
Yoxlanış Gülnar Abbasova və onun arxasındakı kriminal çeteyə 2-ci zərbə olacaq. Birinci zərbə deputatlıq arzusunun baş tutmaması idi. Milli Məslisə düşsəydi bilirdi ki, sığortalana biləcək. Axı yoxlamalardan sonra vəziyyət təkcə vəzifəni itirməklə bitməyəcək. Baş həkimə real həbs təhlükəsi var.Həkim personalının ən böyük narazılığı isə Gülnar Abbasovanın göstərişi ilə onlardan həftə başı müxtəlif bəhanələrlə pul yığılmaları olub. Dərman mafiyası Hələ bir neçə müddət bundan əvvəl xəbər portalımıza daxil olmuş məlumatlarda Ağdam rayon səhiyyə sisteminin bərbad durumu ilə bağlı bir çox açıqlamalar təqdim olunmuşdu. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə ayrılan 1 milyon manat vəsait hesabına Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni bir xəstəxana binası tikilərək, 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Lakin daxil olan məlumatlarda Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın yaradılan bu şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox öz şəxsi məqsədləri naminə yararlandığı iddia olunur. Yerli sakinlərdən bu xüsusda aldığımız məlumatlarda baş həkimin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur,geroy Sədrəddin adlı şəxsin demək olar ki bütün qohum-əqrabasının saxta ştatlarla RMX-ni taladıqları bildirilir.Baş həkimin rayonda qiyməti əlçatmaz olan bahalı xarici maşınlarda mühavizəçilərlə gəzməsi sual doğurur. Mənbələr bildirirlər ki, xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlıdır. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. Digər tərəfdən isə, xəbər portalımıza daxil olmuş məlumatlarda Gülnar Abbasovanın rayonun səhiyyə sahəsində çalışan tibbi və texniki personalın əmək haqları ilə bağlı bəzi maxinasiyalara əl atdığı bildirilir. Yanacaq maxinasiyasının üstü necə açıldı? Dəyərli oxucularımızın xatirində olar. Bu ilin iyul ayının 24-dən 25-nə keçən gecə Ağdam rayonu Quzanlı qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş düşərgədə yaşayan, Ağdam rayonu Qərvənd kənd sakini Nuşirəvan Aslanov qan təzyiqinin qəfləti qalxması nəticəsində vəfat etmişdir. Bu məsələ ilə bağlı mərhumun yaxınlarımətbuata açıqlama vermişdilər. Onlar iddia edirdilər lki, mərhumun ölümü Ağdam rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım məntəqəsi həkimlərinin məsuliyyətsizliyi üzündən baş vermişdir. Belə ki, həmin gecə iyul ayının 24-də gecə saat 12 radələrində Nuşirəvan Aslanovun qan təzyiqi qalxmış və halı kəskin dərəcədə pisləşmişdir. Mərhumun ailə üzvüləri təcili tibbi yardım məntəqəsinə zəng vurub onları xəstəyə yardım etməyə çağırıblar. Ancaq çağırışdan bir saat keçməsinə baxmayaraq xəstənin üstünə heç kəs gəlməyib. Məcburiyyət qarşısında qalan ailə üzvüləri mərhumu özlərinin şəxsi avtomobili ilə Ağdam rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım məntəqəsinə aparıblar. Mərhumun oğlu Bəhruz Aslanovun o zaman dedikləri. Biz təcili tibbi yardım məntəqəsinə çatdıqda orada iki tibb bacısından başqa heç kimin olmadığının şahidi olduq. Mən onlardan atama yardım etmələrini istədim. Onlar bildirdilər ki, həkim gəlməmiş bizim ixtiyarımız yoxdur ki, xəstəyə müdaxilə edək. Onlar həkim Nadir Xudiyevin növbətçi həkim olduğunu, ancaq hazırda harada olduğunu bilmədiklərini söylədilər. Biz növbətçi həkim Nadir Xudiyevə zəng vurub təcili işə gəlməsini istədik. Nadir Xudiyev zəngimizdən təxminən 40-45 dəqiqə sonra məntəqəyə gəldi. Həmin an atamın vəziyyəti ağır olsa da, o, nəfəs alırdı. Biz nə qədər etsək də Nadir həkim ona yaxın gəlmədi. Bildirdi ki, iynə dərman yoxdur. Biz onunla uzun mübahisə etdik. Ancaq Nadir Xudiyev atama yardım etməkdən açıqca imtina etdi. Elə bil kimsə ona tapşırıq vermişdi ki, atama yaxın dayanmasın. Beləcə atam həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişdi. Biz həkimi çox sıxma- boğmaya tutduq. Nadir Xudiyev açıqladı ki, bu saat onda hər hansı bir iynə-dərman yoxdur. Həkin bildirdi ki, xəstəxanaya ayrılan iynə-dərmanı baş həkim Gülnar Abbasova rayon apteklərində satdırır. Ona görə də bizdə hansısa tibbi ləvazimat yoxdur. Nadir həkim qeyd etdi ki, baş həkim onlara deyir ki, xəstəyə iynə-dərmanı özünüz alın ya xəstənin özünə aldırın. Həmin vaxtlarda baş həkim Gülnar Abbasova Türkiyədə, Antaliyada istirahətdə idi. Nadir həkim dedi ki, məndən nə istəyirsiniz xəstəxananın iynə-dərmanlarını satıb gedib Türkiyədə istirahət edir. Gedin onun yaxasından yapışın. Atam dünyasını dəyişdikdən sonra əraziyə rayon prokurorunun köməkçisi Babək Paşayev də gəlmişdi. Onlar atamı müayinə etmədilər. Baş verən həkim səhlənkarlığı prokuror köməkçisinin gözləri qarşısında oldu. Təcili tibbi yardım məntəqəsinin həyətində yanaşı dayanmış 4-ədəd təcili yardım avtomobili var idi. Tibb bacıları bizi məlumatlandırdılar ki, bu avtomobillərin yanacaq çənlərində qram yanacaq yoxdur. Çünki yanacağı baş həkim satdırır. Tibb bacıları qeyd etdilər ki, bu avtomobillərin sürücüləri hazırda Bakıda və ayrı-ayrı yerlərdə işləyirlər. Onlar aylıq aldıqları əmək haqqlarından əlli azn baş həkimə verir və adları işdə gedir, özləri isə işə gəlmirlər.Mövzunu diqqətdə saxlayacağıq.Onu da bildirməyi özümüzə borc bilirik ki,xəbər portalı olaraq korrupsiya ustası Gülnar Abbasovanın qanunazidd əməlləri,radikal-dağıdıcı müxalifətlə gizli əlaqələri barədə aidiyyəti orqanlara,Ağdam rayon icra hakimiyyəti başçısı hörmətli Raqub Məmmədov cənablarına məktubla müraciət etməyi nəzərdə tutmuşuq Xəbər səlahiyyətli təşkilatların araşdırılmasından ötrü əsaslıdır.

(Xalqxeber.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR