İlhamə Quliyevanın səhhəti ilə bağlı son məlumat

1Müalicə edən həkim danışdı.

Xalq artisti İlham Quliyevanın həkimi, tanınmış uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan onun səhhəti barədə açıqlama verib.

Qafqaznews.az verir ki, həkim APA-ya bildirib ki, son vaxtlar xəbər saytlarında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhəti ilə bağlı ziddiyyətli məlumatlar yer almaqdadır.

R. Şolanın sözlərinə görə, İ. Quliyeva xəstəxanaya qəbul edildikdən sonra aparılan müayinələr zamanı böyrəklərin fəaliyyətində müəyyən problemlərin olduğu aşkar edilib:

“Dərhal intensiv müalicəyə başladıq.

Müalicə ilk gündən müsbət təsirini göstərdi. Gündəlik müayinələr təkrarlanır. Şükürlər olsun ki, ciddi müsbət dinamika müşahidə edirik. Hörmətli sənətkarımızın əhval-ruhiyyəsi də yaxşıdı.

Ümid edirəm, hətta əminəm ki, yaxın vaxtlarda İlhamə xanımın səsini yenidən səhnədə eşidəcəyik”.

Qeyd edək ki, İ. Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR