Kərim Benzema həbs edildi

1Forvard dindiriləcək.

Real” komandasının hücumçusu Kərim Benzema Moskva “Dinamo”sunun hücumçusu, hal-hazırda “Lion” üçün oynayan Matye Valbuenanı şantaj etməkdə şübhəli bilinərək fransız polisi tərəfindən həbs edilib, Eurosport məlumat yayıb.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, yaxın günlərdə forvard dindiriləcək.

Oktyabrın 13-də polis Valbuenanı şantaj etməkdə şübhəli bilinən Fransa yığmasının və Krasnodarın “Kuban” komandasının sabiq hücumçusu Cibril Sisseni həbs edib. Onlarda Valbuenaya qarşı intim məzmunlu videonun olması ehtimal edilir.

Bir müddət sonra polis Sisseni buraxıb, belə ki, ona qarşı yetərli dəlil olmayıb. Həbs edilən digər üç nəfər şübhəlilər qismində qalır.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real” üçün oynayır. 27 yaşlı forvard Valbuena ilə bərabər Fransanın yığmasında oynayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR