Kommunistlər Putinə Türkiyəyə uçuşları dayandırmağı təklif etdi

117287_res_01Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyasına daxil olan deputatlar – Valeri Raşkin və Sergey Obuxov Türkiyə və Tunisə hava uçuşlarının qadağan olunmasını təklif ediblər.

Virtualaz.org “İzvestiya” qəzetinə istinadən bildirir ki, onlar bununla bağlı prezident Vladimir Putinə müraciət ünvanlayıblar.

Deputatlar məktubda Misirlə yanaşı, bu ölkələrdə də İslam Dövləti qruplaşmasının fəaliyyətdə olduğunu, son aylarda Türkiyədə 7, Tunisdə isə 2 teror aktının baş verdiyini yazıblar.

Xatırladaq ki, bundan öncə, Rusiya Misirə hava vasitəsilə sərnişindaşımalarını qeyri-müəyyən müddətə təxirə salmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR