Nardaranda silahlı qarşıdurma: ölənlər var, 3 yaralı xəstəxanadadır

119157_res_01Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.

X X X

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.

X X X

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

X X X

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdir.

X X X

3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov Trend-ə bildirib ki, Nardarandakı hadisələr nəticəsində yaralanan 3 nəfər xəstəxanaya daxil olub. Onların hər üçü kişidir. Xəstələrin vəziyyəti kafi qiymətləndirilir.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR