Oğru ev sahibindən halallıq istədi: “Gördüm ağlayır, dedim ki, bağışla, halal elə” (VİDEO)

ogru-gordum-aglayir-dedim-ki-bagisla-halal-ele-video_1565472bfa7b1b-xebervar_comYevlaxda evə basqın edən quldur dəstə saxlanıldı.

Evi yardılar, üzr istədilər, yolda adam bıçaqladılar – Film kimi soyğun.

Yevlax rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elgün Vaqifoğlu Cəfərov, Çingiz İsgəndər oğlu Mahmudov, Nadir İsaxan oğlu Babayev və Elvin Şahin oğlu Şahverdiyev saxlanılıblar.

Bir araya gələn dəstə üzvləri özgənin əmlakını müsadirə etmək məqsədilə Yevlax şəhəri Şah İsmayıl Xətai küçəsi, 16 saylı evdə yaşayan Nazlı Ərşad qızı Bayramovanın yaşadığı evə basqın ediblər. Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyətə keçiblər.

Dəstə üzvləri içəri daxil olaraq evin sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ev sahibindən pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nəğd pul və qızıl-zinət əşyalarını da götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər.

Bunlar cinayəti törədib qaçıb gedərkən həmin küçənin sakini Abdullayev Rəhim Kərim oğlu ilə Cəfərov Elgün Vaqif oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı quldurluq cinayətində istifadə etdiyi bıçaqla onun qarın nahiyəsinə bir dəfə vuraraq ağır bədən xəsarəti yetirmişdir deyə Yevlax şəhər Polis Şöbəsinin İstintaq bölməsininrəisi Siyavuş Sadıqov bildirib.

Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq da almağa çalışıb.

Çingiz Mahmudov – saxlanılan şəxs: “uşaqlar çıxdılar çölə, mən qaldım. Gördüm ki, qadın ağlayır, dedim ki, bağışla, halal elə. Dedi ki, halalın olsun”.

Hazırda faktla bağlı cinayət işi başlanılıb. İndi onların digər cinayət əməllərində iştirak edib-etməmələri araşdırılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR