Onu xain elan etdilər! – VİDEO

publika.az1448370774BenzemaFransa millisinin və “Real”ın hücumçusu Kərim Benzemanın başı qalmaqallardan qurtula bilmir. 28 yaşlı forvard bu dəfə “Real” – “Barselona” oyunundan (0:4) öncə etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb. Belə ki, “El Klasiko”dan bir neçə gün əvvəl Parisdə dəhşətli terror hücumu zamanı həlak olmuş insanların şərəfinə Fransa himni səslənib. Benzema isə himn qurtaran kimi yerə tüpürüb. Əlcəzair əsilli futbolçunun bu hərəkəti ölkəsində birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, fransız siyasətçi Nadine Morano “Le Fiqaro”ya hadisəylə bağlı belə danışıb:

“Benzema Fransa millisindən kənarlaşdırılmalıdır. Kərim Fransa himni qurtaran kimi yerə tüpürdü. Məncə, onun bu hərəkəti Parisdə həlak olmuş insanlara, onların ailəsinə və bütün millətə qarşı təhqirdir”.

Bununla yanaşı, Benzemanın Fransa himnini oxumaması da birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Benzema bir müddətdir Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı şantaj edən bir qrup şəxslə əlbir olmaqda ittiham edilir. Ona qarşı irəli sürülmüş bu ittiham təsdiqlənsə, Benzemanı 5 ilədək həbs cəzası gözləyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR