Putin Ərdoğanın üzr istəməsini gözləyir

119197_res_01Rusiya terrorizmlə mübarizədə özünün tərəfdaşı hesab etdiyinin arxadan vurduğu zərbəni qətiyyən izah edilməmiş hesab edir.

Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin yeni səfirlərinə etimadnamələrin təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

“Biz terror əleyhinə mübarizədə özümüz üçün tərəfdaş və müttəfiq bildiklərimizin xaincəsinə arxadan vurduqları zərbəni qətiyyən izah edilməyən hesab edirik”, – deyən prezident söhbətin Rusiyanın Su-24 bombardmançısının Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulmasından getdiyini dəqiqləşdirib.

“Biz indiyə qədər Türkiyənin yüksək siyasi səviyyəsindən üzr, zərərin ödənməsinə dair təklif və törədilən cinayət üçün cinayətkarların cəzalanacağına dair vəd eşitmədik”, – Putin vurğulayıb.

“Elə təəssürat yaranır ki, Türkiyə rəhbərliyi bilərəkdən Rusiya-Türkiyə münasibətlərini çıxılmaz vəziyyətə salır, biz buna təəssüf edirik”, – V.Putin

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR