Saatlı DSMF-də Miriyev-Rəhimov «oyunları» – Yeyinti ittihamı…

1447218930_01Rayonlarda fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri kasıb əhalinin ehtiyaclarından və savadsızlığından sui-istifadə edərək, iri qazanclar əldə edirlər. JAM.AZ xəbər verir ki, Saatlı DSMF-də isə vəziyyət bir qədər fərqli olmaqla yanaşı, həm də acınacaqlıdır. Çünki burada pensiya almaq istəyənlər nə edəcəklərini əvvəlcədən bilirlər.

Qeyd edək ki, Saatlı DSMF-yə Hafiz Miriyeə rəhbərlik edir. Onun əsas adamı isə elə həmin şöbənin gəlirlər sektorunun müdiri Səfər Rəhimovdur. Bu iki şəxs tandem yaradaraq, rayonda böyük maddi imkanlara sahib olublar. Özü də elə bir yolla ki, fələk belə baş aça bizməz.

Məlumatlarda deyilir ki, Hafiz Miriyev və Səfər Rəhimov rayonda pensiya almaq istəyənlərə «xüsusi» xidmət göstərirlər. Bu «xüsusilik» içində vaxtından əvvəl və ya qanunsuz yolla pensiya düzəltmələr də daxildir. İkinci kateqoriya üçün tələb olunan məbləğ 2500-5000 manat arasında dəyişir.

JAM.AZ-a daxil olan informasiyalarda vurğulanır ki, Səfər Rəhimov saxta pensiya düzəltmək və ya bu yolla məbləğin artırılması sahəsində əsas aparıcı fiqur olaraq tanınır. Rayon sakinləri deyir ki, pensiya düzəltmək istəyənlərə Rəhimov açıq şəkildə deyir ki, «5 min manatını ver, sənə pensiya düzəldək». Ardından da həmin pulun 2500 manatının DSMF-nin baş idarəsinə, yerdə qalanının isə müdirin və həkim komissiyasının haqqı olduğunu dilə gətirir.

Saatlı sakinləri bildirirlər ki, Hafiz Miriyev və Səfər Rəhimovun əsas gəlir mənbəyi uzun müddət işləmiş şəxsin vaxtından əvvəl pensiyaya çıxmaq istəməsi zamanı iş görməkdən ibarətdir. Qeyd edək ki, qanunla uzun müddət işləyən vətəndaşların bir qismi yaşa görə yox, işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir. Lakin həmin şəxslərin əksəriyyəti qanunları yaxşı bilmədiklərindən müraciət edikləri vaxt müdir və müavini tərəfindən maraqlı təklif alırlar. Hafiz Miriyevlə Səfər Rəhimov ona təklif edirlər ki, sənədlərə bəzi «əlavə» və «düzəliş»lər edərək, onu «işlədiyi dövrdə» pensiyaya çıxarırlar. Yəni, vətəndaş iki ayda 3 il geriyə pensiya almağa başlayır və ayrılmış pul 3 il üçün hesablanaraq onun hesabına köçürülür. Əvəzində isə həmin vətəndaşın hesabına köçürülmüş pulun 70 faizini istəyirlər. Bu prosesdən heç nə itirməyən vətəndaş isə təklifə gözüyumulu razılaşır. Çünki dövlətdən alacağı 4000 manat pulun 3000 manatını Miriyevlə Rəhimova verməklə xeyli qabağa düşürlər. Hələ üstəlik, 1000 manat da cibində qalır.

JAM.AZ-a verilən bir başqa məlumatda isə vurğulanır ki, Hafiz Miriyevlə Səfər Rəhimovun yeni təklifləri sırasında üzlərlə şəxsin pensiya müavinətlərinin dolayı yollarla artırla biləcəyi də var. Belə ki, Saatlıda hər kim pensiyasını artırmaq istəyirsə, Səfər Rəşimova 2500 manat verməklə bunu həllə edə bilər.

Qeyd edək ki, bu şəriklər təkcə DSMF-də deyil, ondan kənarda da birgə biznesə sahibdirlər. Məsələn, Hafiz Miriyevin Saatlı rayonunda 100 hektara yaxın torpaq sahəsi var. Ki, orada müdirin heyvandarlıq təsərrüfatı mövcuddur. Paralel olaraq bir neçə hektar ərazidə isə balıqçılıq vətəgələri fəaliyyət göstərir. Həmçinin Miriyevlə Rəhimovun Bakı şəhərində bir neçə çoxotaqlı mənzilləri, xarici avtomobilləri və Saatlı rayonunda çay evləri də var.

Sonda onu da bildirək ki, DSMF-nin şöbə müdirinin bir digər maxinasiyaları sırasında dövlət və özəl qurumlarda çalışan işçilərin sayının azaldılması və bu «əməliyyat»lardan ildən nə qədər gəlir götürməsi də araşdırılmaqdadır. Bununla bağlı, yaxın günlərdə geniş məlumat verəcəyik.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR