Təranə Qumral Nazəninin ərindən üzr istəyəcək – MƏHKƏMƏ

20151118-173516linkMüğənni Nazəninin əri Məhəbbət Həsənov Təranə Qumrala qarşı verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Axşam.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsənin hakimi Fuad Abdıyevin sədrliyi ilə keçən məhkəmənin qərarı ilə Təranə Qumral üzr istəməli, dedikləri haqda təkzib verməli və 5 min manat təzminat ödəməlidir. T.Qumralın M.Həsənovu təhqir etməsi sübuta yetirilib.
M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz İnstaqram hesabını silibmiş. Onun sözlərinə görə, məhkəmədə sübut olunub ki, həmin profil Təranə Qumrala aid olub. Həmin xəbəri yazan jurnalist məhkəmədə bildirib ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:

“Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan “Bazar səhəri” verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

Xatırladaq ki, tərəflər arasında məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR