4 dükanı soyan telefon oğrusu: “Pulları kafe-restoranlarda xərcləyirdim” (VİDEO)

скачанные файлы“Peşmanam, gərək eləməzdim”

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisindəki dükanlardan oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Elektrik mallarının satışı ilə məşğul olan 4 dükanın sahibləri polisə müraciət edərək mağazalarından müxtəlif markalı mobil telefonların oğurlanması barədə məlumat veriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini 22 yaşlı Kamil Nəsibov saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, bu ilin may ayından sentyabr ayına qədər 4 mağazanı qarət edərək, xeyli sayda mobil telefon və planşet oğurlayıb.

“4 dükandan 50 telefon götürmüşəm. Onları dükanda satırdım”.

Kamil Nəsibov mobil telefonların hamısını sata bilib. Pulları isə xərcləyib.

“Baxmırdım, pulları kafedə, restoranda xərcləyirdim. Öz ehtiyaclarıma xərcləyirdim. Peşmanam, gərək eləməzdim, heç eləməzdim”.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR